09:09
735
Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan nümayəndələri oktyabrın 26-da regional koordinasiyanı müzakirə etmək üçün Tehranda İran rəsmiləri ilə görüşəcəklər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" məlumat yayıb.
Görüşdə Səudiyyə Ərəbistanını müdafiə naziri şahzadə Xaled bin Salman Al Səud, Pakistanı quru qoşunlarının komandanı Asim Munir, Türkiyəni isə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın təmsil edəcək.
Üç ölkə avqustun əvvəlində Məkkə sazişini imzalayıb. Sənədə əsasən, iştirakçılardan birinə hücum hər üç ölkəyə edilmiş hücum kimi qiymətləndirilir.
Məryəm Quliyeva