Azərbaycanda siqaret istehsalı 23%-dən çox artıb İqtisadiyyat

Azərbaycanda siqaret istehsalı 23%-dən çox artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 3 milyard 816 milyon ədəd siqaret istehsal olunub.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 23,3% çoxdur.

Aprelin 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 1 milyard 15 milyon ədəd təşkil edib.

Bundan əlavə, I rübdə 503,3 ton tütün istehsal edilib ki, bu da 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 7,4% çoxdur.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycana, ümumilikdə, 323 min ABŞ dolları dəyərində 15,5 milyon ədəd siqaret idxal edilib. Hesabat dövründə Azərbaycandan 6 milyon 4,58 min ABŞ dolları dəyərində 374,8 milyon ədəd siqaret isə ixrac olunub.

Ölkələr Siqaret idxalı, mln. ədəd Həcm, min ABŞ dolları
Türkiyə 15,52 321,66
Çin 0,01 0,7
Birləşmiş Ərəb Əmirlikləri - 0,42
Amerika Birləşmiş Ştatları - 0,15
Yaponiya -

0,06

Ölkələr Siqaret ixracı, mln ədəd Həcm, min ABŞ dolları
Gürcüstan 255,51 4809
Qırğızıstan 99,78 989,72
Ölkə təyin olunmayıb 9,35 129,07
Suriya Ərəb Respublikası 10 70
Qazaxıstan 0,11 6,78