Hakan Fidan Qətərdə regional təhlükəsizlik məsələlərini müzakirə edəcək
Aİ Rusiya ilə bağlı 16 fiziki şəxsi və 7 təşkilatı qara siyahıya salıb
Ərdoğan: Türkiyənin Aİ-nin müdafiə layihələrində iştirakı hər iki tərəf üçün vacibdir
Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq
20 Aprel 15:28
2 051
İran nümayəndə heyəti ABŞ ilə danışıqların yeni mərhələsində iştirak edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu" agentliyi Pakistan mənbələrinə istinadən məlumat yayıb.
Pakistan mənbələri bildiriblər ki, İran nümayəndə heyəti İslamabadda ABŞ nümayəndə heyəti ilə keçiriləcək danışıqların ikinci turuna qatılacaq.
İran Prezidenti Məsud Pezeşkian qeyd edib ki, müharibə heç kimə fayda gətirmir və gərginliyi azaltmaq üçün bütün ağlabatan və diplomatik yollardan istifadə etmək lazımdır.
Bununla belə, İran mətbuatında gedən xəbərlərdə, həmçinin İran XİN-in rəsmi nümayəndəsi İsmail Baqainin mətbuat konfransındakı çıxışında bildirilmişdi ki, ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən Hörmüz boğazının blokadası qaldırılmayınca, İran nümayəndə heyəti danışıqlar masasına oturmayacaq.
Məryəm Quliyeva