Hakan Fidan Qətərdə regional təhlükəsizlik məsələlərini müzakirə edəcək
Aİ Rusiya ilə bağlı 16 fiziki şəxsi və 7 təşkilatı qara siyahıya salıb
Ərdoğan: Türkiyənin Aİ-nin müdafiə layihələrində iştirakı hər iki tərəf üçün vacibdir
Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq
20 Aprel 15:05
1 855
İslamabadda gözlənilən ikinci raund danışıqlarında İran tərəfi iştirakda tərəddüd edir. ABŞ prezidenti xüsusi nümayəndəsi Uitkof və kürəkəni Kuşner Pakistana səfər edib. İran ABŞ -dan Hörmüz boğazında blokadanı qaldırılmasını tələb edir.
Politoloq Məhəmməd Əsədullazadə xalqcebhesi.az-a deyib ki, ikinci raund danışıqları baş tutarsa, ABŞ blokadanı aradan qaldıra bilər. İslamabad danışıqlarina İran qatılmasa danışıqlardan yayınan tərəf kimi qəbul ediləcək:
"Artıq Tramp yenidən İranın elektrik və strateji yol infrastrukturunun vuracağı ilə hədələyib.
Trampın bu ultimatumu Tehran tərəfindən ciddi qəbul edilir. İslamabadda iştirak etmək üçün Pakistan İranla sıx danışıqlar aparır. İran danışıqlardan imtina edərsə, İsrail hücum etməyə hazırdır. Yeni hücum dalğası İran üçün daha da dağıdıcı ola bilər. İslamabadda danışıqlar prosesi baş tutarsa, müəyyən razılaşmalar əldə edilə bilər".
Cavid