İran nüvə proqramının dayandırılmasına razı olmayacaq Dünya

İran nüvə proqramının dayandırılmasına razı olmayacaq

İran rəhbərliyi, ABŞ Prezidenti Donald Trampın iddialarının əksinə olaraq, uranın zənginləşdirilməsi proqramını dayandırmağa razılıq verməyib və bunu heç vaxt etməyəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "CNN" telekanalına Tehrandakı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, İran bu cür təklifləri "heç vaxt qəbul etməyəcək". Telekanal öz mənbələrinə istinadən xatırladıb ki, daha əvvəl ABŞ İrana uranın zənginləşdirilməsində 20 illik fasilə verməyi təklif edib, İran isə buna 5 illik müddət təklifi ilə cavab verib, lakin amerikalılar bunu rədd ediblər.

Ötən həftə Tramp "NewsNation" telekanalına verdiyi telefon müsahibəsində İranın uranın zənginləşdirilməsini dayandırmağa razı olduğunu iddia etmişdi.

Məryəm Quliyeva