Hakan Fidan Qətərdə regional təhlükəsizlik məsələlərini müzakirə edəcək
Aİ Rusiya ilə bağlı 16 fiziki şəxsi və 7 təşkilatı qara siyahıya salıb
Ərdoğan: Türkiyənin Aİ-nin müdafiə layihələrində iştirakı hər iki tərəf üçün vacibdir
Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq
20 Aprel 12:37
5 530
“Ulduz” jurnalının aprel nömrəsi işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsi Sara Selcanın məqaləsi ilə açılır. “Nəsr” bölümü Nemət Mətinin “Qisas”, Eşqanənin “Yarpaqlar pıçıldasa, bil ki, səsimdir...”, Günay Mirinin “Göy pencək” hekayələrini təqdim edir.
“Esse”də Qulu Ağsəs “Öz səsinə düşən şeirlər”in müəllifi Nazir Rüstəmdən, Şahanə Müşfiq “Həyat Şəminin poeziya dünyası”ndan yazır.
“Şeir vaxtı”nda Nigar Arif, Banu Muherrem və Aysel Nəsirzadənin şeirləri yer alıb. “Yazı masası”nda Taleh Mansur “Sadəcə, Vahid Əziz...”in qonağı olub.
Vaqif Yusiflinin “Ədəbi fraqmentlər”, İlahə Səfərzadənin “Bodenştedt paradoksu” yazıları “Tənqid” bölməsində yer alıb. “Debüt” Ramil Əhmədin “Estafetin işığında bir ön söz...” təqdimatı ilə Nahidə İsmayılın “Sökdüyüm şərf” hekayəsini oxucularla bölüşür.
Dilarə Adilgilin “Vəziyyət Azərbaycancadır”, Zeynəb Məmmədzadənin “Nurdan süzülən saflıq” yazıları “Tribuna”da dərc edilib. “Tərcümə saatı”da İlahə Əhmədova Xulio Kortasarın “Telefon çalır, Delia”, Şahnaz Kamal Lindita Xhanari Latifinin “Nənəmin gözləri” tərcümələrini oxuya bilərsiniz.
Aleyna Malkoç “Səməd Vurğunun “Vaqif” dramında Şah Qacarın ideoloji və tragik obrazı”ndan yazıb. Kəmalədin Qədimin şeirləri, Salman Qaraların “Abbasın Həcc ziyarəti” sənədli hekayəsi, Gündüz Sevindik və Emin Hüseynovun qəzəlləri də “Ulduz”un aprel nömrəsində yer alır. “Dərgidə kitab” Kamil Şahverdinin “Bir daha himnimiz haqqında” yazısını (5-ci hissə) təqdim edir.
“Dərgidə sərgi”ni Aytac Cahangirin rəsm əsərləri bəzəyir.