10:44
924
“Türkiyə Ermənistan sərhədinin açılmasında Türkiyənin maraqlı olmasının səbəbi alternativ gəlir, regionda pay sahibi olmaq, həmçinin Cənubi Qafqazda iqtisadi xəritənin yenidən formalaşması ilə əlaqədardır. Ermənistan isə burada sadəcə bir növ vasitəçiyə çevriləcək. Məlumdur ki, Avropaya məhsul birbaşa nə Türkiyə, nə də Ermənistan vasitəsilə peyda olur. Çin, Qazaxıstan, Xəzər, Gürcüstan, Türkiyə daha sonra Avropa olmalı, ya Qazaxıstan, Rusiya, Avropa olmalıdır, bu yol da siyasi gərginlikdən dolayı risklidir. Digər marşrut xətti Hörmüz İran vasitəsilədir. Burada da bitməyən siyasi gərginliklər məlumdur. Tək çıxış yolu isə yenə də Xəzər-Azərbaycan vasitəsilədir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova deyib.
G.Hüseynova qeyd edib ki, Türkiyənin Ermənistan ilə sərhədi açması sadə bir qərar deyil, Azərbaycanın da mövqeyi nəzərdən keçirilməlidir: “Əslində, sərhədin açılması ilə Gürcüstan bu əməkdaşlıqdan çıxmış olur. Çünki hazırkı vəziyyətdə Gürcüstan vasitəsi ilə Türkiyəyə keçid var. Əgər sərhəd açılarsa, həm birbaşa Ermənistandan keçid olacaq, həm də nəqliyyat xərcləri xeyli azalmış olacaq. Ermənistan iqtisadiyyatı baxımından məsələni müzakirə etsək, daşımaların ölkə ərazisindən keçməsi əlavə valyuta gəlirləri yaradacaq, lakin idxal bazarında situasiya tamam fərqli olacaq. Hətta Türkiyədən idxal yerli bazarı tamamilə sıradan çıxara bilər”.
Onun bildirdiyinə görə, Türkiyə baxımdan müzakirə etsək, Cənubi Qafqazın iqtisadi xəritəsi müəyyən qədər dəyişə bilər: “Regionda söz sahibliyi yarana bilər. Bundan əlavə, Türkiyənin sərhədyanı bölgələrində logistika, nəqliyyatın inkişafı həmçinin yeni iş yerlərinin açılmasına şərait yarada bilər. Azərbaycan baxımdan müzakirə etsək, Türkiyə ilə Ermənistan sərhədinin açılıb-açılmamasından asılı olmayaraq əsas söz sahibi Azərbaycandır. İran və Rusiyadakı vəziyyət məlumdur ki, siyasi risklərdən dolayı ölkələr üçün siyasi sabitliyi olan ölkə maraqlıdır. Bundan əlavə, onu da qeyd edim ki, sərhədin açılması qısa müddətdə faydalı olmaya bilər, çünki alternativ yol açılmış olur. Lakin Naxçıvan, Zəngəzur yolunun Orta dəhlizlə əməkdaşlığı iqtisadi fayda gətirə bilər”.
Röya İsrafilova