“Pozitivin təbliğatı daha müsbət effekt verir”
24 Yanvar 11:48
24 Yanvar 11:48
23 Yanvar 21:20
23 Yanvar 16:40
23 Yanvar 16:07
İsrail təhlükəsizlik kabineti Rəfah sərhəd keçid məntəqəsinin yenidən açılmasını müzakirə edir
ABŞ “Tomahawk” raketlərini modernləşdirir və onların xidmət müddətini uzadır
ABŞ-la gərginlikdən sonra Qrenlandiyada kommunal xidmət iflic olub
Azərbaycanın bəzi rayonlarında qar yağacaq, yollar buz bağlayacaq - PROQNOZ
9 Dekabr 2025 13:21
1 596
TƏBİB-dən bildirilib ki, 09.12.2025-ci il tarixində saat 10:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindən partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə, digər şəxs (kişi) isə travma və yanıq diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
13:20
Xəbər verildiyi kimi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin ərazisində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub və dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Partlayış nəticəsində sahəsi təxminən 12 kv.m olan hovuz üçün nəzərdə tutulmuş beton örtükdən ibarət tikilinin beton konstruksiyaları dağılıb.
Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.
FHN-in qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.