Ağcabədiyə 3 milyon manat ayrılıb Hadisə

Ağcabədiyə 3 milyon manat ayrılıb

Azərbaycan prezidenti İlham Əliyev Ağcabədi şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Ağcabədi şəhərində 25 çoxmənzilli binanın əsaslı təmirinə başlanılması və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Prezidentin ehtiyat fondundan Ağcabədi Rayon İcra Hakimiyyətinə 3 milyon manat, o cümlədən 25 çoxmənzilli binanın əsaslı təmiri üçün 2 milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.