TANAP kəməri ilə indiyədək 100 mlrd. kubmetrə yaxın Azərbaycan qazı nəql olunub
Gürcü spiker: Azərbaycan-Ermənistan sülh prosesi bölgə üçün əməkdaşlıq perspektivləri yaradır
Elm və təhsil naziri dərs vaxtı mobil telefon qadağasının məqsədini açıqlayıb
Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənir
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
8 May 10:31
1 645
"Akif İslamzadə dünən gecə 01:00 radələrində ürəyin ön divarının kəskin böyük infarktı ilə Mərkəzi Gömrük Hospitalına müraciət edib".
Bu barədə APA-ya açıqlamasında Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu məlumat verib.
O bildirib ki, həmin vaxt Akif İslamzadənin səhhətində yaranmış problemlərlə əlaqədar olaraq, dərhal təcili təxirə salınmaz tədbirlər görülüb:
"Ürəyin ən böyük damarı tamamilə tıxanmışdı, 100 faiz tıxanıqlıq və tromb var idi. Dərhal müdaxilə edildi və stent implantasiyası olundu. Bir gün reanimasiyada qaldıqdan sonra stasionar şöbəyə yerləşdirildi. Hazırda vəziyyəti stabildir".
***
09:16
Akif İslamzadə xəstəxanaya yerləşdirilib.
Bu barədə APA-ya onun oğlu Ayxan İslamzadə məlumat verib.
Onun sözlərinə görə, Akif İslamzadə hazırda Mərkəzi Gömrük Hospitalında müalicə alır.
“Dünən axşam ürəyinə stent qoyulub. Hələlik həkimlər vəziyyəti ilə bağlı dəqiq məlumat verməyiblər”, - Ayxan İslamzadə bildirib