TANAP kəməri ilə indiyədək 100 mlrd. kubmetrə yaxın Azərbaycan qazı nəql olunub
Gürcü spiker: Azərbaycan-Ermənistan sülh prosesi bölgə üçün əməkdaşlıq perspektivləri yaradır
Elm və təhsil naziri dərs vaxtı mobil telefon qadağasının məqsədini açıqlayıb
Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənir
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
8 May 11:36
1 953
Mayın 15-də Baş prokuror Masallıda vətəndaşları qəbul edəcək.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev mayın 15-də, saat 10:00-da Masallı rayon prokurorluğunun inzibati binasında Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı və Cəlilabad rayon sakinlərinin qəbulunu keçirəcək.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Masallı rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.