ABŞ Hörmüz boğazında gəmisinin zədələnməsi barədə məlumatı təkzib etdi
“Hörmüz boğazı ətrafındakı hadisələrin qiymətin formalaşmasına təsirləri azalıb”
Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib
Aynur Osmanova: Yetkinlik yaşına çatmayanlarla dini kəbin kəsdirmək də məsuliyyət yaradır
Bəzi rayonlarda növbəti beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
10:54
651
Ələt Azad İqtisadi Zonasının ərazisində inşa olunan yük hava limanının gələn il istifadəyə verilməsi planlaşdırılır.
"APA-Economics" xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən "Texnovasiya - dayanıqlı iqtisadi transformasiya naminə elm və innovasiya" tədbirində deyib.
Onun sözlərinə görə, yük hava limanının tikintisinə 2024-cü ilin martında başlanılıb və bu, Azərbaycanın azad iqtisadi zona ərazisində yerləşən ilk hava limanı olacaq.
Valeh Ələsgərov bildirib ki, hava limanı yüksək texnologiyalı şirkətlərin cəlb edilməsinə və zonanın logistika imkanlarının genişlənməsinə xidmət edəcək.
O əlavə edib ki, investorları cəlb etmək üçün təkcə vergi və gömrük güzəştləri deyil, həm də hazır infrastruktur, sürətli xidmətlər və əlverişli logistika imkanları vacibdir.