Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib Hadisə

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) Mərkəzi İcraiyyə Komitəsinin kiritik partiya məclisinin iclasından əvvəl 9 deputatı xaric etmək tələbi ilə intizam komitəsinə göndərməsi qərarı yeni qalmaqala səbəb olub.

NTV xəbər verir ki, Özgür Özel və komandası partiya məclisindən istefa vermək qərarına gəlib.

Mütləq etibarsız qərarı ilə CHP sədrliyinə qayıdan Kamal Kılıçdaroğlunun 9 deputatı xaric etmək qərarından sonra Özgür Özelin komandası 45 gün ərzində fövqəladə qurultay keçirmək üçün partiya məclisindən istefa verib.

Özələ yaxın olan 57 partiya məclisi üzvündən 28-nin istefa verdiyi açıqlanıb.

Partiya nizamnaməsinə görə, partiya məclisi üzvlərinin sayı, üzvlərin ümumi sayının üçdə ikisindən (40-dan) az olarsa, 45 gün ərzində partiyanın qurultay keçirməsi mütləqdir.