Aynur Osmanova: Yetkinlik yaşına çatmayanlarla dini kəbin kəsdirmək də məsuliyyət yaradır Hadisə

Aynur Osmanova: Yetkinlik yaşına çatmayanlarla dini kəbin kəsdirmək də məsuliyyət yaradır

"Azərbaycanda erkən evliliyin tənzimlənməsi dövlət siyasətinin əsas prioritet məsələlərdən biridir”.

APA xəbər verir ki, bunu Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində keçirilən canlı yayımda Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova deyib.

O bildirib ki, nikah yaşının 1 yaş aşağı salınması ilə bağlı müddəa aradan qaldırılıb: “Hazırda hər iki cins üçün nikah yaşı 18 yaşdır. Dini kəbin kəsmə də insanları məsuliyyətdən kənarda qoymur. İnzibati Xətalar Məcəlləsində yetkinlik yaşına çatmayanlarla dini kəbin kəsdirməyə görə də cərimələr müəyyən edilib. Yetkinlik yaşına çatmayanlarla dini kəbin kəsdirmək də məsuliyyət yaradır”.