08:28
378
Türkiyə NATO-nun Baltikyanı ölkələrin hava məkanının patrul xidməti missiyasında iştirak etmək üçün Estoniyaya 181-ci eskadrilyanın beş F-16 qırıcı təyyarəsini və 76 hərbi qulluqçusunu göndərəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat verib.
"Bu missiya NATO-nun şərq cinahının müdafiəsi çərçivəsində böyük strateji əhəmiyyətə malikdir. O, Türkiyənin beynəlxalq çəkindirmə imkanlarının gücləndirilməsinə, müttəfiq qüvvələrlə qarşılıqlı əlaqəyə və strateji potensialın artırılmasına mühüm töhfə verəcək", — deyə Türkiyə Hərbi Hava Qüvvələrinin podpolkovniki Özdemir "Anadolu" agentliyinə bildirib.
"Hürriyet"in məlumatına görə, avqustdan noyabradək rotasiya qaydasında həyata keçiriləcək missiya öz qırıcı təyyarələri olmayan Latviya, Litva və Estoniyanın hava məkanında patrul xidmətinin aparılmasından ibarətdir.
Məryəm Quliyeva
26 İyul 16:18
931
26 İyul 13:46
1 057
26 İyul 13:46
987