25 İyun 08:15
1 715
Suriya Türkmən Məclisinin üzvü Hüseyin Bozan Naxçıvan şəhərində keçirilən “Türkmən İrsi: Dil, Mədəniyyət və Tarix” adlı akademik konfransda Suriya türkmən icmasının nümayəndəsi kimi iştirak edib.
Xalqcebhesi.az xəbər verir ki, tədbir “Köprü” Türkmən İrsini Araşdırma Mərkəzi və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin tərəfdaşlığı ilə təşkil olunub.
Konfransda çıxış edən Bozan Suriya türkmənlərinin tarixi keçmişinə toxunaraq, Osmanlıdan sonra Fransanın işğalı zamanı və Nasir və BƏƏC rejimləri dövründə cəmiyyətin üzləşdiyi ictimai-siyasi çətinlikləri və hüquq itkilərini açıqlayıb.
Bozan Ramazan ayında Çobanbeydə keçirilən 7-ci Adi Ümumi Qurultayda seçilən yeni Suriya Türkmən Məclisi rəhbərliyinin strateji təşəbbüsləri və gələcək baxışları ilə bağlı detalları da paylaşıb. Müraciətində o, türkmən mədəniyyətinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi üçün türk dünyası üzrə maraqlı tərəflər arasında əməkdaşlığın gücləndirilməsinin strateji əhəmiyyətini vurğulayıb.
Cavid