İsrail ordusu İordaniya sərhədində iki PUA-nı vurduğunu bildirib Dünya

İsrail ordusu İordaniya sərhədində iki PUA-nı vurduğunu bildirib

İsrail Müdafiə Qüvvələri (ÇAXAL) İordaniya ilə sərhəd zonasında iki pilotsuz uçuş aparatının (PUA) qarşısının alındığını bildirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ÇAXAL-ın mətbuat xidmətinin bəyanatında qeyd olunub.

"İsrail Müdafiə Qüvvələri İordaniya sərhədi yaxınlığında aşkar edilən iki pilotsuz uçuş aparatını vurub. PUA-lar İsrail sərhədini keçməyib", — deyə bildirib.

Hərbi idarədən bildirilib ki, "pilotsuz aparatların haradan buraxıldığı araşdırılır". "Protokola uyğun olaraq hava həyəcanı sirenləri işə düşməyib", — deyə mətbuat xidməti əlavə edib.

Məryəm Quliyeva