10:57
378
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında münaqişənin nizamlanması üçün Sülh Şurası tərəfindən təqdim edilən planın indiyədək müzakirə olunan iki bəndini icra etməyə hazır olduğunu elan edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat verib.
Telekanalın məlumatına görə, "HƏMAS-ın Qəzzadakı rəhbərliyi hərəkatın xaricdəki rəhbərliyinə fələstin anklavında tərksilah və mülki əməkdaşlar barədə sülh planının iki bəndi ilə razılaşdığını bildirib". Qeyd olunur ki, söhbət zolaqda nizamlanma planının 5-ci və 8-ci bəndlərindən gedir.
Təşəbbüsün 5-ci bəndi HƏMAS-ın hərbiləşdirilmiş strukturları ilə zolağın mülki idarəetmə sisteminin və mülki strukturlarda çalışan əməkdaşların bir-birindən ayrılmasını nəzərdə tutur. 8-ci bənd isə HƏMAS birləşmələrinin tərksilah edilməsi prosesinin tədricən və beynəlxalq nəzarət altında həyata keçirilməli olduğunu, radikal hərəkat tərəfdarlarının silahlarının İsrail tərəfinə deyil, Sülh Şurasının patronajı altında və onunla koordinasiyada fəaliyyət göstərən yeni Fələstin strukturlarına təhvil verilməli olduğunu göstərir.
Məryəm Quliyeva