Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
28 İyul 11:44
4 081
Ukrayna Prezidenti Volodimir Zelenskinin göstərişi ilə İranın kommersiya gəmisinə hücum edilib və bir dənizçi həlak olub.
İranın xarici işlər naziri Abbas Əraqçi bu hücumun məqsədinin İsrailin göstərişi ilə Avropanı müharibəyə cəlb etmək olduğunu deyib.
Məsələ ilə bağlı xalqcebhesi.az-a açıqlama verən politoloq Samir Hümbətov qeyd edib ki, ABŞ-İran müharibəsinə NATO qoşularsa, Avropa avtomatik olaraq qoşulacaq: “Amma indiki vəziyyyətdə Avropanın bu müharibəyə qoşulacağı çox da real görünmür. Avropa dövlətlərinin bir neçəsi İranla çox yaxın münasibətlərə malikdir. Onların içində Fransa, İtaliya, Hollandiya, hətta İngiltərə də var. Yəni bu dövlətlərin İranla yaxşı münasibətləri mövcuddur. Onlar münasibətləri pisləşdirmək istəmirlər. Belə olan halda Avropanın bu müharibəyə qoşulacağı dəqiq görünmür”.
S.Hümbətov Avropanı bu müharibəyə cəlb etməyin çətin məsələ olduğunu deyərək əlavə edib ki, Abbas Əraqçi bu fikirləri ilə ABŞ-İran müharibəsinin daha geniş miqyasda yayıldığını göstərməyə çalışır: “Təbii ki, məsələdə Ukraynanın da əli ola bilər. Ukrayna İranın Rusiyaya dəstəyinə cavab olaraq da bu addımı ata bilər. Yəni bu, “sən Rusiyaya dəstəksənsə, mən də ABŞ ilə müttəfiqəm” kimi bir mesaj xarakteri daşıya bilər”.
Röya İsrafilova
12 Sentyabr 13:19
882
12 Sentyabr 11:52
917
12 Sentyabr 11:19
945