Finlandiya dron təhlükəsinə görə dəniz və hava məkanını qismən bağlayıb Dünya

Finlandiya dron təhlükəsinə görə dəniz və hava məkanını qismən bağlayıb

Finlandiya hakimiyyəti pilotsuz uçuş aparatları təhlükəsinə görə hava və dəniz məkanının bir hissəsini bağlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Yle" teleradioşirkəti məlumat verib.

Məlumata görə, Finlandiya Silahlı Qüvvələri Kotka və Xamina şəhərləri rayonunda hava və dəniz məkanında məhdudiyyətlər tətbiq edib. Məhdudiyyət Ukrayna dronlarının Rusiya Federasiyasına hücumları səbəbindən ehtiyat tədbiri olaraq görülüb. Tədbirlər saat 08:00-dan sonra qüvvəyə minib.

Finlandiya SQ Baş Qərargahından "Yle"yə bildirilib ki, məhdudiyyətlər pilotsuz uçuş aparatları respublika ərazisinə daxil olacağı təqdirdə onların vurulması imkanını təmin etmək üçün tətbiq edilir.

Məryəm Quliyeva