11:22
371
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 8831,3 ton mis konsentratı istehsal edilib.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.
Əvvəlki ilin müvafiq dövrünə nisbətən mis konsentratı istehsalında 8,4 dəfə artım olub.
İyulun 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 1632,1 ton olub.