Qüdrət Həsənquliyev ABŞ-İran qarşıdurmasını şərh edib
13 Avqust 17:36
13 Avqust 17:36
13 Avqust 15:19
13 Avqust 13:14
10:14
343
Bölgələrdə yanğına səbəb olan 5 şəxs məsuliyyətə cəlb olunub.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, ötən gün Ağsu rayonunun Ərəbmehdibəyli kəndi, Cəlilabad rayonunun Alar kəndi, Sabirabad rayonunun Nərimankənd kəndi və Saatlı rayonunun Qaracalar kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.
Araşdırmalar nəticəsində yanğının həmin rayonların sakinləri – H.Məmmədov, F.Fərəcov, M.Əzizov, S.Şahəliyev və R.Mecdinov tərəfindən törədildiyi məlum olub.
Yanğın hadisələri nəticəsində ümumilikdə 2 hektara yaxın sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.
Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.