İran Silahlı Qüvvələri: "Hörmüz boğazı tam nəzarətimizdədir" Dünya

İran Silahlı Qüvvələri: "Hörmüz boğazı tam nəzarətimizdədir"

Hörmüz boğazı ABŞ tərəfinin yalan iddialarının əksinə olaraq, İran Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiyə" mərkəzi qərargahının nümayəndəsi İbrahim Zülfəqari bəyan edib.

"Birləşmiş Ştatların gəmilərin Hörmüz boğazından maneəsiz keçidi ilə bağlı reallığa uyğun gəlməyən, Amerika ordusunun çarəsizliyini və acizliyini nümayiş etdirən iddiaları yalnız yalan və uydurmadır. Hörmüz boğazı İran İslam Respublikasının tam nəzarəti və idarəçiliyi altındadır, heç bir ticarət gəmisi və ya tanker qüdrətli İran silahlı qüvvələrinin icazəsi və nəzarəti olmadan bu boğazdan təhlükəsiz keçmək imkanına malik olmayıb və olmayacaq", — deyə onun sözlərini İranın SNN telekanalı sitat gətirir.

Bir gün əvvəl ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Hörmüz boğazına "tam nəzarət etdiyini" və gələcəkdə də "bu nəzarəti saxlamaq" niyyətində olduğunu iddia etmişdi.

Məryəm Quliyeva