"Tehranla danışıqlar aparmaq və möhkəm bir sülh sazişi bağlamaq lazımdlr" Dünya

"Tehranla danışıqlar aparmaq və möhkəm bir sülh sazişi bağlamaq lazımdlr"

İran məsələsini həll etməyin – və ya daha dəqiq desək, regional təhlükəsizliyi təmin etməyin – yeganə yolu Tehranla danışıqlar aparmaq və möhkəm bir sülh sazişi bağlamaqdır. İranı müharibə yolu ilə təslim olmağa məcbur etmək mümkün deyil; bunun səbəbi qeyri-mümkünlük deyil, əksinə, İranı məğlub etməyin bədəlinin regiondakı hər bir dövlət üçün həddindən artıq yüksək olmasıdır – o qədər yüksək ki, heç bir tərəf bu qiyməti ödəməyə hazır deyil.

Xalqcebhesi.az xəbər verir ki, bunu iranşünas gürcü ekspert Vasili Papava deyib.

"The Jerusalem Post"un məlumatına görə, İsrail Müdafiə Qüvvələri (IDF) və xarici kəşfiyyat agentliyi "Mossad"ın rəsmiləri İranın müharibədən sonra öz hərbi imkanlarını bərpa etmə sürətindən heyrətə gəliblər; IDF hazırda ballistik raket istehsalı imkanlarının sürətlə bərpa olunduğunu müşahidə edir.

"İran raket təhdidini yenidən gücləndirmək üçün yaradıcı üsullar (burada söhbət yeraltı istehsalın əhəmiyyətli dərəcədə genişləndirilməsindən gedir) tapıb və — ayda 100-300 raketlik mövcud istehsal tempini qoruya biləcəyi təqdirdə — 2027-ci ilin əvvəli və ya ortalarına qədər müharibədən əvvəlki arsenal səviyyəsinə qayıda bilər" - o, vurğulayıb:

"2600-dən çox hədəfə endirilən 30 000-dən artıq zərbə raket infrastrukturunun böyük hissəsini məhv etdi; lakin istehsal prosesi İsrail IDF-in gözlədiyindən daha tez bərpa olundu... Hazırda yeraltı obyektlərin qazılması və inşası davam edir, istehsal gücü isə yenidən minlərlə raket səviyyəsinə doğru artır."

İsrailin "Channel 13" telekanalının məlumatına görə, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Bred Kuper İsrail rəsmilərinə bildirib ki, o, İran ərazisinə qarşı yeni zərbələri dəstəkləyir və hərbi əməliyyatların bərpasının Tehranın danışıqlardakı mövqeyini dəyişə biləcəyinə inanır.

Cavid