Bu il daha 160 nəfər müharibə veteranı üçün kiçik təsərrüfatlar yaradıldı Cəmiyyət

Bu il daha 160 nəfər müharibə veteranı üçün kiçik təsərrüfatlar yaradıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində bu il daha 160 nəfər müharibə veteranı mal və materiallar formasında aktivlərlə təmin edilib.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, verilmiş aktivlər hesabına onlar istehsal və xidmət, kənd təsərrüfatı sahələri üzrə biznes planlarına uyğun kiçik ailə bizneslərini qurublar.

Özünüməşğulluq proqramına cəlb edilən şəxslər üçün ilkin mərhələdə biznes təlimləri təşkil olunur. Təlimləri bitirdikdən sonra onlara seçdikləri iqtisadi fəaliyyət sahələri üzrə aktivlər verilir.