16:55
490
İran və ABŞ qapalı formatda danışıqlar aparır, irəliləyiş var
Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS-a Pakistanın Moskvadakı səfiri Feysəl Niyaz Tirmizi bildirib.
Tehran və Vaşinqton arasındakı təmaslarda irəliləyişin olub-olmaması barədə suala müsbət cavab verən diplomat məsləhətləşmələrin "hazırda davam etdiyini" qeyd edib.
Səfir danışıqların İslamabadda keçirilib-keçirilmədiyi barədə suala cavab verməkdən imtina edib. "Bu, ictimaiyyətə açıq məlumat deyil, lakin biz bu istiqamətdə işləyirik", - deyə Feysəl Niyaz Tirmizi bildirib.
Məryəm Quliyeva