ABŞ İranla müharibədə 45 ədəd "MQ-9 Reaper" PUA-sı itirib Dünya

ABŞ İranla müharibədə 45 ədəd "MQ-9 Reaper" PUA-sı itirib

ABŞ İranla münaqişə dövründə ən azı 45 ədəd "MQ-9 Reaper" ağır kəşfiyyat-zərbə pilotsuz uçuş aparatını (PUA) itirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Washington Post" yazır.

"Amerikalı hərbçilər İranla müharibə zamanı ən azı 45 ədəd "MQ-9 Reaper" PUA-sı itiriblər ki, bu da onların donanmasının təxminən 25%-ni təşkil edir", – deyə nəşr üç amerikalı rəsmiyə istinadən xəbər verib.

Bu arada, digər bir rəsmi şəxs qəzetə izah edib ki, itirilən dronların hamısı vurulmayıb – onların bəziləri idarəetmə ilə əlaqə kəsildikdən sonra qəzaya uğrayıb.

Nəşr qeyd edir ki, sensorların və silahların növündən asılı olaraq "MQ-9 Reaper" dronunun dəyəri 30 milyon dollardan 50 milyon dollaradək təşkil edə bilər.

"MQ-9 Reaper" kəşfiyyat məlumatlarının toplanması və dinamik hədəflərin vurulması üçün istifadə olunur. O, saatda 400 km-dən çox sürət yığmağa imkan verən turbopintli mühərriklə təchiz edilib. Pilotsuz aparat 15 km-dək yüksəklikdə 24 saat havada qala bilir. O, "hava-torpaq" və "hava-hava" tipli raketlər, həmçinin lazerlə idarə olunan bombalar daşımaq qabiliyyətinə malikdir.

Məryəm Quliyeva