Çində gəmiqayırma zavodunda partlayış: 12 nəfər xəsarət aldı Gündəm

Çində gəmiqayırma zavodunda partlayış: 12 nəfər xəsarət aldı

Çinin cənub-şərqindəki Futszyan əyalətində yerləşən gəmiqayırma zavodunda baş verən yanğın və partlayış nəticəsində ən azı 12 nəfər xəsarət alıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Xəsarət alanlar arasında 10 yanğınsöndürən var. Xəsarət almış şəxslərin hamısı xəstəxanaya çatdırılıb.

Yanğın yerli vaxtla saat 13:09-da Fuan şəhər dairəsinin Qantyan qəsəbəsindəki gəmiqayırma zavodunda baş verib. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər gəlib. Saat 14:10-da gəmiqayırma zavodunda partlayış baş verib.

Yanğınsöndürənlər yanğının söndürülməsini davam etdirirlər.

Məryəm Quliyeva