Vens ABŞ-nin İranla münaqişədə iki əsas məqsədini açıqlayıb Dünya

Vens ABŞ-nin İranla münaqişədə iki əsas məqsədini açıqlayıb

ABŞ İranla münaqişə zamanı iki əsas məqsədi var: amerikalılar üçün enerji daşıyıcılarının qiymətlərini aşağı səviyyədə saxlamaq və İranın nüvə silahı əldə etməsinə imkan verməmək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens bəyan edib.

"Bir nömrəli məqsəd – bütün ölkə üzrə amerikalılar üçün neft və qazı ucuz saxlamaqdır", – deyə Vens "Fox News" telekanalına müsahibəsində bildirib.

Bununla yanaşı, o, ikinci məqsəd kimi "İranın heç vaxt nüvə silahı əldə etməyəcəyinə" zəmanət qazanmağı qeyd edib.

Vitse-prezident Birləşmiş Ştatların İranla münaqişədən daha güclü mövqedə çıxacağına əminliyini ifadə edib.

"Düşünürəm ki, bu, Birləşmiş Ştatların daha əlverişli mövqeyə sahib olması ilə nəticələnəcək, çünki İranın nüvə silahı olmayacaq, Hörmüz boğazı isə amerikalılar üçün neft və qaz qiymətlərinin sabit olduğu əvvəlki vəziyyətinə qayıdacaq", – deyə Vens bəyan edib.

Məryəm Quliyeva