Qüdrət Həsənquliyev ABŞ-İran qarşıdurmasını şərh edib
13 Avqust 17:36
13 Avqust 17:36
13 Avqust 15:19
13 Avqust 13:14
09:40
392
Suriya parlamentinin Hələb şəhərindən olan türkmən əsilli deputatı Tarık Sulo Cevizci Kilisdə "Türkmeneli" İdman Klubuna və onun hörmətli prezidenti cənab Mehmet Kurta baş çəkib.
Xalqcebhesi.az xəbər verir ki, Kilisdə təsis edilmiş "Türkmeneli" İdman Klubu təkcə idman fəaliyyətləri ilə deyil, həm də daşıdığı məna və missiya ilə xüsusi əhəmiyyət kəsb edir. Adında rəsmi olaraq "Türkmen" sözünü daşıyan yeganə komanda kimi, klub öz təsis fəlsəfəsinə uyğun olaraq, idman aləmində "Türkmen" adını yaşatmağı, həmçinin idman vasitəsilə türkmən kimliyini, mədəniyyətini və dəyərlərini təmsil etməyi qarşısına məqsəd qoyub.
"İnanıram ki, idman sadəcə rəqabət meydanı deyil, həm də cəmiyyətlərin kimliyini, mədəniyyətini və ortaq dəyərlərini gələcək nəsillərə ötürmək üçün mühüm bir vasitədir. Bu baxımdan, "Türkmeneli" İdman Klubunun nümayiş etdirdiyi əzm və öz üzərinə götürdüyü missiya həqiqətən də əvəzsizdir.
İdman dünyasında türkmən adını yaşatmağa yönəlmiş bu mənalı təşəbbüsə töhfə verən hər kəsi və klubun prezidenti cənab Mehmet Kurtu ürəkdən təbrik edirəm.
Ümid edirəm ki, "Türkmeneli" İdman Klubu bu mənalı yolda uğur qazanacaq, daha çox gənc idmançının yetişməsinə yol açacaq və qlobal idman aləmində türkmən adını daha güclü şəkildə təmsil edəcək.
Bu dəyərli təşəbbüsü hər zaman dəstəkləyəcəyimi bildirir və "Türkmeneli" İdman Klubuna davamlı uğurlar arzulayıram" - millət vəkili deyib.
Cavid
13 Avqust 14:51
798
13 Avqust 14:36
819
13 Avqust 10:51
826