ABŞ kəşfiyyatı: Ukrayna Silahlı Qüvvələrində şəxsi heyət və raket çatışmazlığı var Dünya

ABŞ kəşfiyyatı: Ukrayna Silahlı Qüvvələrində şəxsi heyət və raket çatışmazlığı var

ABŞ hərbi kəşfiyyatı hesab edir ki, Ukrayna şəxsi heyət və tutucu raket (əks-raket) çatışmazlığı yaşayır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə avqustun 13-də dərc edilən, Pentaqonun, Dövlət Departamentinin və faktiki olaraq ləğv edilmiş Beynəlxalq İnkişaf Agentliyinin baş müfəttişləri tərəfindən hazırlanmış hesabatda deyilir. 2026-cı il aprelin 1-dən iyunun 30-dək olan dövrü əhatə edən bu hesabat ABŞ Konqresinin baxışına təqdim olunub.

Sənəddə qeyd edildiyi kimi, Pentaqonun Kəşfiyyat İdarəsinin qiymətləndirmələrinə görə, "şəxsi heyətin və hərbi texnikanın məhdudluğu əvvəlki kimi Kiyevin hərbi əməliyyatlar aparmaq imkanlarını ləngidirdi". Bundan əlavə, "Ukrayna əvvəlki kimi Qərb silahlarının tədarükündən asılı idi ki, bu tədarüklər də donor ölkələrin Ukraynadan başqa digər prioritetlərinin olması səbəbindən qeyri-sabit idi".

Hesabatda bildirilir ki, "Ukrayna ballistik raketlərə qarşı mübarizə üçün tutucu raketlərin çatışmazlığını yaşayırdı və əvvəlki kimi hava və raketdən müdafiə sahəsində xarici dəstəkdən asılı idi". Hesabat müəllifləri həmçinin etiraf ediblər ki, Ukrayna "Rusiya qoşunlarının qurudakı hücumunu dayandıra" bilməyib.

Məryəm Quliyeva