Qüdrət Həsənquliyev ABŞ-İran qarşıdurmasını şərh edib
13 Avqust 17:36
13 Avqust 17:36
13 Avqust 15:19
13 Avqust 13:14
08:48
350
Vaşinqton Tehrana qarşı yeni iqtisadi təsir tədbirləri hazırlayır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.
"Xəbərləri izləyin, gələn həftə yeni bəyanatlar olacaq, çünki biz iqtisadi təcrid tarixində görünməmiş tədbirlər tətbiq etməyə hazırlaşırıq", – deyə Bessent "Newsmax" telekanalına müsahibəsində bəyan edib.
Təklif olunan addımlardan əvvəl İran Xarici İşlər Nazirliyi ABŞ-nin sanksiyaları artırmaq siyasətini tənqid edib.
"Vaşinqton diplomatiyaya sadiq qalmaq iqtidarında olmadığını sübut etdiyi hər dəfə sanksiyalara əl atır, bu sanksiyalar nəticə vermədikdə isə sadəcə dozanı artırır. Bu artıq siyasət deyil, vərdişdir və daha təhlükəlisi odur ki, təfəkkürü əvəz edən bir asılılıqdır", – deyə çərşənbə axşamı "X" sosial şəbəkəsində İran XİN-in nümayəndəsi İsmayıl Bəqai yazıb.
Məryəm Quliyeva