NATO qırıcıları Latviya səmasında dronu vurub Dünya

NATO qırıcıları Latviya səmasında dronu vurub

Səhər saatlarında NATO qırıcıları ölkə sərhədini keçən dronu vuraraq zərərsizləşdiriblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Latviyanın Milli Silahlı Qüvvələri (MSQ) məlumat yayıb.

"Dron Balvı vilayətinin Ruqai yaşayış məntəqəsi üzərində, yüksək hündürlükdə vurulub", – deyə MSQ-nin Birləşmiş Qərargahının nümayəndəsi İveta Berzinya Latviya Televiziyasına bildirib.

Hərbçilərin fikrincə, dron Rusiyanın radioelektron müdafiə vasitələrinin təsiri nəticəsində Latviyanın hava məkanına daxil olub.

NATO-nun hava hücumundan müdafiə missiyasının qırıcıları respublikanın hava məkanına daxilolma təhlükəsi ilə əlaqədar havaya qaldırılıb. Təhlükə barədə xəbərdarlıq Latviyanın bir neçə regionunda yayılıb.

Məryəm Quliyeva