Xankəndi sakini: Şəhidlərimizin qanı yerdə qalmadı, öz torpaqlarımıza qovuşduq Hadisə

Xankəndi sakini: Şəhidlərimizin qanı yerdə qalmadı, öz torpaqlarımıza qovuşduq

"Şəhidlərimizin qanı yerdə qalmadı, biz öz torpaqlarımıza qovuşduq".

Bunu Xankəndi şəhərinə köç edən keçmiş məcburi köçkün Əzizə Mirzəyeva bildirib.

“Mən özüm şəhid bacısıyam. Üç qardaşım şəhid olub. Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qalmadı, biz öz torpaqlarımıza qovuşduq. Allah xalqımıza bir daha belə günlər göstərməsin”, - Əzizə Mirzəyeva qeyd edib.