Böyük Britaniya Putinin təhdidlərinə cavab verdi: "Tədbirlər qanunidir" Dünya

Böyük Britaniya Putinin təhdidlərinə cavab verdi: "Tədbirlər qanunidir"

Böyük Britaniya Rusiyanın "kölgə donanması" tankenlərinin saxlanılmasının beynəlxalq dəniz hüququna uyğun həyata keçirildiyini bildirib.

Xalqcebhesi.az xəbər verir ki, London Rusiya Prezidenti Vladimir Putinin Qərb gəmilərinə qarşı ehtimal olunan "güzgü" tədbirləri barədə bəyanatına bu cür reaksiya verib. Britaniya hakimiyyəti Rusiyaya sanksiyalardan yayınmağa kömək edən gəmilərə qarşı mübarizəni davam etdirəcəyini bildirib.

Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiyanın "kölgə donanması" 700-dən çox gəmidən ibarətdir və sanksiya altına düşən Rusiya neftinin təxminən 75%-ni daşıyır.

Məryəm Quliyeva