8 Sentyabr 19:09
8 Sentyabr 15:01
Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub
İraqda ölkənin ərazi sularında tankerə olunan hücumun təfərrüatları araşdırılır
FHN Şəkidə ölümə səbəb olan qurğuya nəzarətin onların səlahiyyətinə aid olmadığını bildirib
Netanyahu: "7 oktyabrdan əvvəl BƏƏ prezidenti ilə heç bir danışıq olmayıb"
17:01
399
"Şəkidə istirahət mərkəzində hadisənin baş verdiyi ərazidə quraşdırılmış “zipline” iki stasionar dirək arasında bağlanılmış burazın üzərində quraşdırılmış, heç bir təhlükəsizlik cihazı və ya sığortalayıcı trosu olmayan diyircəklər üzərində öz ağırlığı, sərbəstdüşmə təcili və ətalət sürəti ilə hərəkət edən əyləncə qurğusudur".
Bu barədə Şəkidə istirahət mərkəzində qurğunun trosunun qırılmsı nəticəsində 2 nəfərin ölümü ilə bağlı APA-nın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil: "Qeyd olunan qurğu mexanikləşdirilmiş, yəni elektrik mühərriki və ya ötürücü bucurqad vasitəsilə hərəkət etdirilən qurğu olmadığından təhlükə potensiallı obyektlərərin siyahısına daxil deyil və bu səbəbdən FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin nəzarət sahəsinə aid deyil".