İraqda ölkənin ərazi sularında tankerə olunan hücumun təfərrüatları araşdırılır Dünya

İraqda ölkənin ərazi sularında tankerə olunan hücumun təfərrüatları araşdırılır

İraq hakimiyyəti аrəb respublikasının ərazi sularında Panama bayrağı altında üzən tankerə olunan hücumun təfərrüatlarını araşdırır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İraqın Nəqliyyat Nazirliyi məlumat verib.

İraqın İNA agentliyinin yaydığı qurumun bəyanatına əsasən, yanacaq yağı daşınması üçün nəzərdə tutulan Panama bayraqlı tanker "yerli vaxtla saat 05:30-da İraqın ərazi sularında naməlum mənbə tərəfindən zərbəyə məruz qalıb və nəticədə gəminin korpusu zədələnib". Heyət üzvləri arasında xəsarət alan yoxdur, daşınan yanacağın suya sızması baş verməyib.

İnsidentdən sonra ehtiyat tədbirləri görülüb: gəmi təcrid olunub və onun üzərində daimi müşahidə qoyulub, mütəxəssislər isə ətraf akvatoriyanın yoxlanılmasına başlayıblar. Nəqliyyat Nazirliyi vurğulayıb ki, "aidiyyəti qurumlar gəmiyə dəyən ziyanın mənbəyini və səbəblərini müəyyənləşdirir və təhqiqatın nəticələri barədə təsdiqlənmiş məlumat verəcəklər".

Məryəm Quliyeva