Bakıda restoranda meyit aşkarlanıb Hadisə

Bakıda restoranda meyit aşkarlanıb

Bakıda restoranda 64 yaşlı kişinin meyiti tapılıb.

APA xəbər verir ki, hadisə ötən gün paytaxtın Nizami rayonunda baş verib.

Məlumata görə, 1962-ci il təvəllüdlü Bəxtiyar Məmmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti mühafizəçi işlədiyi B.Çobanzadə küçəsindəki restoranda tapılıb.

Faktla bağlı araşdırma aparılır.