İran Hörmüz boğazında ABŞ-nin "MQ-1 Predator" dronunu vurub Dünya

İran Hörmüz boğazında ABŞ-nin "MQ-1 Predator" dronunu vurub

İran Hörmüz boğazı üzərində Amerikanın "MQ-1 Predator" kəşfiyyat dronunu ələ keçirdiyini bəyan edib.

Xalqcebhesi.az "IRNA" agentliyinə istinadən xəbər verir ki, aparat İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yeni HHM (Hava Hücumundan Müdafiə) sistemi tərəfindən ələ keçirilib.

İran agentliyi iddia edir ki, "MQ-1" bir neçə il əvvəl ABŞ Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinin silahlanmasından çıxarılaraq daha müasir "MQ-9 Reaper" ilə əvəzlənmişdi. IRNA-nın versiyasına görə, "MQ-9" itkiləri fonunda Amerika qüvvələri yenidən "MQ-1" dronlarından istifadə etməyə başlayıb.

Məryəm Quliyeva