18 Sentyabr 22:26
18 Sentyabr 16:26
12:42
462![]()
Rusiya Silahlı Qüvvələri gecə saatlarında Ukraynanın logistika mərkəzlərinə, limanlarına və nəqliyyat infrastrukturu obyektlərinə zərbələr endirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Həmçinin hərbçilər Kiyev vilayətində Avropadan gələn hərbi yüklərin saxlanılması üçün istifadə olunan gömrük-logistika mərkəzini vurublar.
İdarə ayrıca bildirib ki, limanda və dənizdə Ukrayna Silahlı Qüvvələrinin maraqları üçün fəaliyyət göstərən iki yük gəmisi zədələnib.
Bundan əlavə, Rusiya döyüşçüləri Odessa vilayətində Rumıniyadan hərbi yüklərin tranziti üçün istifadə olunan Dnestr çayı üzərindəki ponton körpüsünü vurublar.
Məryəm Quliyeva