“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
Avstraliya Baş naziri ölkənin BMT Təhlükəsizlik Şurasına daxil olmaq planlarını açıqlayıb
Çində tekstil fabrikində baş verən yanğında səkkiz nəfər həlak olub
Vaşinqton və Pekin süni intellekt üzrə yeni dialoq mexanizmi yaradır
İran hərbçiləri: ABŞ regionda yeni hərbi əməliyyatlara hazırlaşır
Sudanda mədənin çökməsi nəticəsində 11 nəfər həlak olub, 30 nəfər xəsarət alıb
08:18
371
İranın Mərkəzi Hərbi Komandanlığı regionun bir sıra ölkələrinin dəstəyi ilə ABŞ-nin İslam Respublikasına qarşı hərbi əməliyyatları bərpa etməyə hazırlaşması barədə məlumatlara malik olduğunu bildirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə dövlət mediası məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, ABŞ tərəfindən istənilən hücum regiondakı Amerika bazalarına və obyektlərinə cavab zərbələri seriyasına səbəb olacaq. Bununla yanaşı, komandanlıq xəbərdarlıq edir ki, ABŞ-nin İrana qarşı təcavüzünü dəstəkləyən region ölkələri də münaqişənin iştirakçısı kimi nəzərdən keçiriləcək.
Vurğulanır ki, Hörmüz boğazı bağlı qalır və ABŞ Prezidenti Donald Tramp şərtləri - müharibənin dayandırılması, İran aktivlərinin blokdan çıxarılması və dəniz blokadasının ləğvi də daxil olmaqla - qəbul etməyənədək İran hakimiyyəti danışıqlara getməyəcək.
Bazar günü Tramp "Fox News" telekanalına müsahibəsində İranla bağlı necə hərəkət edəcəyi barədə düşündüyünü və nisbətən yaxın vaxtlarda mühüm hadisələrin baş verəcəyini gözlədiyini bildirib.
"Prezident qərar qəbul etmə prosesində olduğunu və çox da uzaq olmayan gələcəkdə böyük hadisələrin baş verə biləcəyini dedi. Onun seçimləri: İranı məhv etmək, onun iqtisadiyyatını çökdürmək və ya saziş bağlamaqdır", - deyə Trampdan müsahibə götürən telekanalın jurnalisti Trey Yinqst efirdə bildirib.
Məryəm Quliyeva