ABŞ yaxın vaxtlarda Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar elan etməyi planlaşdırır Dünya

ABŞ yaxın vaxtlarda Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar elan etməyi planlaşdırır

ABŞ Prezidenti Donald Trampın administrasiyası yaxın vaxtlarda Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı geniş sanksiyalar paketinin qəbul edildiyini elan etməyi planlaşdırır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi administrasiyadakı mənbələrə istinadən məlumat yayıb.

Sanksiyalar vasitəsilə ABŞ, ilk növbədə, Amerika hərbçilərinin Əfqanıstandakı əməlləri ilə bağlı araşdırmaların dayandırılmasına, habelə İsrailin Baş naziri Benyamin Netanyahunun həbsinə verilmiş orderin ləğv olunmasına nail olmağı hədəfləyir.

Məryəm Quliyeva