Tramp BMT-də İranın nüvə proqramı və Qəzza sülh planını diqqətə çatdıracaq Dünya

Tramp BMT-də İranın nüvə proqramı və Qəzza sülh planını diqqətə çatdıracaq

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasındakı gözlənilən çıxışından İranın nüvə silahı əldə etməsinə yol verilməməsinin zəruriliyini əsaslandırmaq üçün istifadə etmək niyyətindədir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə jurnalistlərə Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi Mayk Uolts məlumat verib.

O bildirib ki, Tramp həmçinin administrasiyanın Qəzza zolağında nizamlanma üzrə səylərindən, o cümlədən təqdim etdiyi 20 bəndlik sülh planından bəhs edəcək.

BMT-yə səfəri çərçivəsində ABŞ prezidenti Fars körfəzinin altı ərəb ölkəsinin liderləri ilə görüşəcək, çünki Vaşinqton İranla münaqişədə növbəti addımlarını nəzərdən keçirir. Bundan əlavə, Trampın Böyük Britaniyanın Baş naziri Endi Börnhem və Yaponiyanın Baş naziri Sanae Takaiti ilə görüşləri planlaşdırılıb.

Uolts ABŞ prezidentinin BMT Baş Assambleyasındakı çıxışının gələn həftə, dünya liderlərinin Nyu-Yorkda toplaşacağı vaxt baş tutacağını qeyd edib.

Məryəm Quliyeva