İran ABŞ-yə yeni silahlar və yeni hədəflərlə zərbə endirəcəyi ilə hədələyib Dünya

İran ABŞ-yə yeni silahlar və yeni hədəflərlə zərbə endirəcəyi ilə hədələyib

İran Silahlı Qüvvələri ABŞ hücumları bərpa edəcəyi təqdirdə yeni silahlardan istifadə etməklə əvvəllər hədəf alınmayan Amerika obyektlərinə zərbələr endirməyə başlayacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Mohebi bəyan edib.

"Bizim hədəflərimiz də artıq əvvəlki kimi olmayacaq. Əlimizdə hələ zərbə endirilməmiş yeni hədəflər var", - deyə onun sözlərini "Fars" agentliyi sitat gətirir.

Mohebi vurğulayıb ki, dəyişikliklər müharibənin coğrafiyasına, tətbiq olunan silahlara və hərbi texnikaya şamil ediləcək. "Biz döyüş meydanına yeni imkanlara malik yeni silahlar çıxaracağıq və dünya buna mat qalacaq", - deyə SEPAH nümayəndəsi qeyd edib.

Məryəm Quliyeva