Çində tekstil fabrikində baş verən yanğında səkkiz nəfər həlak olub Dünya

Çində tekstil fabrikində baş verən yanğında səkkiz nəfər həlak olub

Çinin cənubundakı Quandun əyalətinin Foşan şəhərində yerləşən tekstil fabrikində baş verən yanğın nəticəsində azı səkkiz nəfər həlak olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Yanğın sentyabrın 20-si axşam saatlarında Şunde rayonunda baş verib. Hadisə yerində hazırda axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.

Məryəm Quliyeva