Ermənistan bütün imkanlarını itirə bilər
4 Noyabr 23:29
4 Noyabr 23:29
08:27
511
Pit Heqset mümkün istefa şayiələrinə baxmayaraq, Prezident Donald Trampın səlahiyyət müddətinin sonunadək hərbi idarəyə rəhbərlik etməyə davam edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Şon Parnell "Fox News" telekanalına müsahibəsində bildirib.
Parnell deyib: "Heqset 100% prezident Trampın səlahiyyət müddətinin sonuna qədər idarəyə rəhbərlik edəcək".
Parnell qeyd edib: "Nazir Heqset geri çəkilməyəcək və partiya mübarizəsində xal qazanmağa və ya heç bir pozuntunun olmadığı yerdə saxta təhqiqatlara başlamağa çalışan siyasətçilərin onu qorxutmasına imkan verməyəcək".
"Müharibə Nazirliyi qanuna tam uyğun fəaliyyət göstərir və nazirimiz hər gün Konstitusiyanı müdafiə etmək, qoşunlarımıza rəhbərlik etmək və Amerikanı qorumaq üçün mübarizəni davam etdirəcək", - deyə Parnell əlavə edib. - "Demokratların qurma "cadugər ovları" təşkil etmək hədələrinə baxmayaraq, biz nazirlikdə prezident Trampın xəttini həyata keçirməyə davam edəcəyik".
Məryəm Quliyeva