Ermənistan bütün imkanlarını itirə bilər
4 Noyabr 23:29
4 Noyabr 23:29
08:21
497
Noyabrın 4-də Şimali Koreyada yeni hava hücumundan müdafiə (HHM) kompleksinin sınağı keçirilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə KCNA (Şimali Koreya Mərkəzi Teleqraf Agentliyi) məlumat yayıb.
"KNDR-in Raketqayırma Baş İdarəsi layihə-texniki göstəricilərini təsdiqləmək üçün noyabrın 4-də ən yeni HHM kompleksinin sınaq buraxılışını həyata keçirib", - deyə agentliyin nəşrində bildirilir.
Qeyd olunur ki, buraxılış zamanı "yeni materialların texniki xüsusiyyətləri və etibarlılığı", həmçinin "HHM kompleksinin hədəfləri tanıma və eyniləşdirmə qabiliyyəti" təsdiqini tapıb.
"Bu sınaqlar və təlimlər döyüş sistemlərinin texniki baxımdan yenilənməsi və strateji silahların döyüş etibarlılığının artırılmasına yönəlmiş bütün instansiyaların müdafiə və hərbi sahədəki məcburi fəaliyyəti çərçivəsində aparılıb", - deyə KCNA məlumat verir.
Məryəm Quliyeva