Misirli alimlər Azərbaycan Dillər Universitetində olublar Hadisə

Misirli alimlər Azərbaycan Dillər Universitetində olublar

Misirin Azərbaycandakı səfirliyi Bakıdakı Misir Mədəniyyət Mərkəzində ərəb dilinin öyrənilməsini, eləcə də Misirdə ərəb dilinin öyrənilməsi üzrə təhsil müəssisələri ilə əməkdaşlığı dəstəkləyir.

Xalqcebhesi.az xəbər verir ki,
bu çərçivədə, Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin Beynəlxalq Tələbələr Departamentindən professor Mahmud Əl-Adl və Misirin mədəniyyət attaşesi professor Tariq Əbu Əl-Futuh Azərbaycan Dillər Universitetində olublar.

Tərcümə fakültəsinin dekanı doktor Bənövşə Məmmədova, həmçinin doktor Ələviyyə Sultanlı, doktor Gülər Qafqazlı və fakültənin ərəb dili kafedrasının bir qrup tələbəsi ilə görüş keçirilib. Müzakirələr zamanı nazirliyin ərəb dilinin öyrənilməsi proqramları və Qahirədəki Misir Mədəniyyət Mərkəzinin tələbələrin fakültədə ilk təhsil mərhələsində hazırlanması və baza biliklərinin formalaşdırılmasında rolu ətrafında fikir mübadiləsi aparılıb. Bunun tələbələrin əsas dil bacarıqlarına yiyələnməsinə, dili anlamaq və ondan istifadə etmək qabiliyyətinə mühüm təsir göstərdiyi vurğulanıb.

Cavid