"Zelenski narazılıq etməkdə haqlıdır" Dünya

"Zelenski narazılıq etməkdə haqlıdır"

Bəli, Ukrayna Prezidenti Voladimir Zelenski bu məsələdə haqlıdır. Onun etirazı təkcə siyasi narazılıq deyil, beynəlxalq hüquq və dövlət suverenliyi baxımından da əsaslı mövqedir. Onun bu mövqeyi ilə bağlı etirazlar doğru hesab etmirəm.

Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi Zelenskinin ölkəsinin iştirakı olmadan Ukraynanın gələcəyinin müzakirələrindən narazılığını bildirməsinə münasibətində deyib.

"Amma burda bir neçə incə məqamlar da var. Birincisi, ABŞ, Çin və Rusiya prezidentlərinin görüşməsi özlüyündə Ukraynaya qarşı addım demək deyil. Burada problem, bu dövlət başçılarının Kiyevin iştirakı olmadan, onun taleyi ilə bağlı hər hansı bir qərarın qəbul etmələri ilə ola bilər. Söhbət əlbəttə ki, Çində keçirilən üçtərəfli görüşdən gedir. Doğrudur, bu istiqamətdə dünyanın böyük nəşrlərində belə fikir ayrılıqları var. Bunu böyük dövlətlərin nümayişi kimi də, Ukraynanın, xüsusilə də Avropanın kənarda saxlanılması kimi də qiymətləndirmək olar. Ukrayna Prezidenti Zelenski bu baxımdan narazılıq edir və bu üçtərəfli görüşü öz ölkəsinin gələcəyi ilə bağlı və müttəfiqləri ilə bağlı təhlükə olaraq görür. Zelenski anlayır ki, Tramp, Putin və Si Cinpin bu görüşdə Ukraynadakı müharibəni dayandırmaq üçün kifayət qədər imkanlara malikdirlər. ABŞ və Çin liderləri Rusiyaya qarşı sanksiyalar tətbiq etsələr və ya belə sanksiyalarla Putini hədələsələr müharibənin dayandırılması üçün ciddi təzyiq yarana bilər" - o, deyib.

Bunu Ukrayna Prezidenti Voladimir Zelenski ABŞ-ın NBC News telekanalına müsahibəsində deyib. Onun, "Ukraynanın gələcəyi Ukraynanın iştirakı olmadan müəyyən edilə bilməz" cümləsi, həmçinin, Avropanın gələcəyi, Avropanın iştirakı olmadan müəyyən edilə bilməz, anlamı daşıyır.

Cavid