19 Noyabr 17:13
19 Noyabr 15:19
09:59
126
Fransanın hüquq-mühafizə orqanları "Milli Birlik" partiyasının Parisdəki ofislərindən birində axtarış aparıblar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "BFMTV" telekanalı məlumat yayıb.
Məlumata görə, istintaq hərəkətləri "peşə sirrinin pozulması", "istintaq sirrinin yayılması" və "bu cinayətlərin ört-basdır edilməsi" ilə bağlı aparılan məhkəmə araşdırması çərçivəsində həyata keçirilib. Telekanal axtarışın noyabrın 9-da baş tutduğunu qeyd edir.
"BFMTV"nin məlumatına əsasən, "Milli Birlik" partiyasına məxfi məlumatların ötürülməsində sızma baş verdiyi dövrdə Daxili İşlər Nazirliyində çalışmış bir şəxs şübhəli bilinir. Mənbənin iddiasına görə, informasiyanı ötürdüyü ehtimal edilən həmin şəxs hazırda Luara departamentinin prefekti vəzifəsini tutur. Telekanal bildirir ki, prokurorluq araşdırmaya 2025-ci ildə — 2019–2024-cü illərdə Avropa Parlamentində "Milli Birlik"in də təmsil olunduğu "Kimlik və Demokratiya" (Identity and Democracy) qrupu tərəfindən Aİ vəsaitlərinin mümkün qeyri-məqsədli istifadəsi faktları üzrə başlayıb.
"Məhkəmə araşdırması davam edir. Hazırda heç kimə rəsmi ittiham irəli sürülməyib", – deyə telekanal Paris prokurorluğunun nümayəndəsinin sözlərini sitat gətirib.
Məryəm Quliyeva